Mediasiya Şurası və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyi arasında görüş olub

img

Mediasiya Şurası və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan nümayəndəliyi arasında görüş keçirilib. 


Rezonans.az xəbər verir ki, BMTİP-nin Azərbaycan nümayəndəliyində keçirilən görüşdə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovu, İdarə Heyətinin üzvü Əli Nəbiyev və İdarə Heyətinin üzvü, Vəkillər Kollegiyası Rəyasət heyətinin üzvü  Sima Yaqubovanı, Şuranın Etika Komitəsinin sədri, Vəkillər Kollegiyası İntizam Komissiyasının sədr müavini İlhamə Həsənova    lhamə Həsənovanı və Daxili Audit Komitəsinin sədri Mayıl Əhmədi BMTİP-nin Rezident nümayəndəsinin səlahiyyətlərini icra edən xanım Çaru Bista qəbul etmişdir. 

BMTİP-nin Rezident nümayəndəsinin səlahiyyətlərini icra edən xanım Çaru Bista BMT-nin İnkişaf proqramının Azərbaycandakı fəaliyyəti barədə geniş məlumat vermiş və yeni formalaşan Mediasiya Şurasının fəaliyyətinə uğurlar arzu etmişdir.
 
Eyni zamanda Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Azərbaycanda aparılan mediasiya islahatları barədə xanım Çari Bistaya məlumat vermişdir.
 
Görüş müzakirələr şəraitində keçərək gələcəkdə BMT-nin İnkişaf Proqramı və Mediasiya Şurası arasında mümkün əməkdaşlıq imkanları müzakirə edilmişdir. 
Xəbəri paylaş: