65 yaşlı kişi özünü güllələdi

img

Bakının Səbail rayonunda 65 yaşlı kişi güllə yarası alıb.

 

Rezonans.az APA-ya istinadən xəbər verir ki, hadisə Bayıl qəsəbəsində qeydə alınıb.

 

1957-ci il təvəllüdlü Məsiyev Vahid İsmayıl oğlu sahib olduğu tüfəngi təmizləyərkən ehtiyyatsızlıq edib. Bu zaman odlu silahdan açılan atəş onun döş qəfəsinə dəyib. O, ağır xəsarətlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin və Prokurorluğunun əməkdaşları araşdırma aparılır.

Xəbəri paylaş: