Türkiyədən Rusiyaya ixrac rekord həddə çatıb

img

Cari ilin avqust ayında Türkiyədən Rusiyaya ixracın həcmi bütün dövlərin ən yüksək səviyyəsinə çataraq 738 milyon 527 min ABŞ dolları təşkil edib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 87,2 faiz çoxdur.

 

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisindən bildirilib.

 

Məlumata görə, ötən ay Türkiyənin ümumi ixracının həcmi əvvəlki ilin eyni dövrünə nisbətdə 13,1 faiz artaraq 21 milyard 340 milyon dollara yüksəlib.

 

Qeyd edilib ki, bu dövr ərzində Türkiyədən ən çox ixrac həyata keçirilən ilk üç ölkə sırasında Almaniya (1 milyard 504 milyon dollar), ABŞ (1 milyard 308 milyon dollar) və Böyük Britaniya (1 milyard 40 milyon dollar) yer alıb. Rusiya siyahıda altıncı yerdədir.

Xəbəri paylaş: