ABŞ Azərbaycanın bu qərarını ALQIŞLADI

img

ABŞ Azərbaycanın 5 erməni hərbçisini Ermənistana təhvil verməsini alqışlayır.

 

Rezonans.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays "Twitter" hesabında yazıb.

 

“Biz erməni hərbçilərin evlərinə qayıtması ilə bağlı xəbərləri alqışlayırıq, bu, Ermənistan və Azərbaycanın sülh prosesi üçün müsbət haldır. Ümid edirik ki, qalan bütün saxlanılanlar da tezliklə öz evlərinə qayıdacaqlar və Azərbaycan, Ermənistan etimad yaratmaq və mövcud fikir ayrılıqlarını həll etmək üçün addımlar atmağa davam edəcək”, - deyə mətbuat katibi bildirib.

 

Qeyd edək ki, ötən gün Azərbaycan beş erməni hərbçisini qarşı tərəfə təhvil verib.

Xəbəri paylaş: