Türkiyənin Samsun vilayətində 21 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Rezonans.az xəbər verir ki, qəza Canik rayonunda qeydə alınıb.
İlkin məlumata əsasən, 23 avtomobil zəncirvari qəza törədib, nəticədə 21 nəfər yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib.
Hadisə yerinə xilasedicilər cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.










