"E-qanun” mobil tətbiq versiyasının təqdimatı keçirildi

img

"Hüquqi aktların vahid elektron bazası”nın (e-qanun.az) mobil versiyasının tətbiqi barədə ictimai təqdimat keçirilib.

Rezonans.az xəbər verir ki, tədbirdə çıxış edən Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib ki, on minlərlə normativ sənədi ehtiva edən e-qanun.az elektron resursu interaktiv rejimdə fəaliyyət göstərir və daim yenilənir: "Nazirlik tərəfindən ədliyyə və məhkəmə xidmətlərinin elektronlaşdırılması, o cümlədən mobil tətbiqlər üzərindən göstərilməsi məsələlərinə daim xüsusi önəm verilir".

Qeyd edilib ki, “e-qanun” mobil tətbiqi də normativ aktlara çevik və daha rahat şəkildə əlçatanlığı təmin edir. İstifadəsi çox asandır. İstənilən yerdə, istənilən vaxt qanunvericilik aktının mətni ilə ani rejimdə tanış olmaq, əldə etmək mümkündür. Tətbiq telefona asanlıqla yüklənir, müxtəlif platformalar üzərindən heç bir qeydiyyat tələb olunmadan yükləyib ondan yararlanmaq olar.

Xəbəri paylaş: