Gürcüstana narkotik aparan ermənilər ələ keçdi

img

Gürcüstana narkotik vasitə keçirməyə çalışan daha iki Ermənistan vətəndaşı saxlanılıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

 

Bildirilib ki, ermənilər “Sadaxlo” sərhəd keçid məntəqəsindən yan keçməyə cəhd ediblər. Lakin sərhəd polisi onları vaxtında aşkar edərək saxlayıb. Onlardan 12 kisə “Alfa-PVP” narkotik vasitə aşkar edilərək götürülüb.

 

Faktla bağlı dövlət sərhədini qanunsuz keçmə, habelə narkotik vasitələrin əldə edilməsi, saxlanması və Gürcüstan ərazisinə gətirilməsi ilə bağlı araşdırma aparılır.

 

Bu, Ermənistan vətəndaşları tərəfindən Gürcüstana narkotik vasitə keçirməklə bağlı ilk fakt deyil. Bundan əvvəl də qeyri-qanuni yolla Gürcüstana narkotik vasitələr, qızıl-gümüş zinət əşyaları keçirən bir neçə Ermənistan vətəndaşı saxlanılıb.

Xəbəri paylaş: