Məktəbə qayıdış: “Gəl, İştirak et və Qalib ol!

img

Yeni dərs ilinin başlanması münasibəti ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məktəbli dostlarına əyləncəli, hədiyyəli və intellektual müsabiqə təşkil edəcək.

 

Rezonans.az xəbər verir ki, layihənin icrasında əsas məqsəd məktəbliləri yeni tədris ilinə, təhsilə həvəsləndirmək, onlarda muzeylərə, tarixi məkanlara  maraq yaratmaqdır.

 

Bilik gününə həsr olunmuş “Məktəbə qayıdış” layihəsi 10-17 sentyabr tarixlərində İçərişəhər ərazisində yerləşən Şirvanşahlar Saray Kompleksində və Qala Qoruğu ərazisində şərti sinif otaqlarında baş tutacaq.

 

Layihənin hədəf qrupları 3 yaş qrupunda (7-10, 10-13, 13-15) olan məktəblilərdir. Yarışmanın şərtlərinə görə, iştirakçılar öncə muzeylə yaxından tanış olurlar, məlumatlanırlar, daha sonra test imtahanı verərək biliklərini yoxlayırlar. Bütün iştirakçılara Bakı Kitab Mərkəzindən və Antaris QSC-dən həvəsləndirici hədiyyələr, qaliblərə isə hədiyyə və diplomlar təqdim olunacaq.  19 sentyabr tarixində baş tutacaq mükafatlandrma mərasiminə məktəblilərin valideynləri də dəvət olunacaq.

Xəbəri paylaş: