Ağacları qəsdən qurudan şirkətlə bağlı Baş Prokurorluğa müraciət edildi

img

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində ağacların quruduğu faktı müəyyən edilib.

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Rezonans.az-a bildirib ki, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan “Ailə Park” MMC tərəfindən qəsdən qurudulduğu və təbiətə ümumilikdə 11760 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Xəbəri paylaş: