Pakistanda daşqınların vurduğu ziyan açıqlandı

img

Pakistanda daşqınların ölkəyə vurduğu zərər 30 milyard dollardır.

 

Rezonans.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş məlumat verib.

 

“Təbiət geri çəkilir. Bu gün Pakistandır, sabah başqası ola bilər. Pakistanın 30 milyard dollar dəyərində maliyyə dəstəyinə ehtiyacı var”, - Antonio Quterreş İslamabadda Daşqınlara Qarşı Mübarizə Koordinasiya Mərkəzində keçirilən mətbuat konfransında bildirib.

 

Sentyabrın 9-da BMT Ümumdünya Ərzaq Proqramı çərçivəsində zərər çəkmiş 1,9 milyon pakistanlının ərzaqla təmin edilməsi planını açıqlayıb. 

 

 Quterreşin sözlərinə görə, Pakistan kimi ölkələr üçün daha çox resurs səfərbər edilməlidir.

 

Pakistanda bu yay son 30 ildə rekord miqdarda yağıntı qeydə alınıb. Musson leysanları çayların daşmasına və nəticədə geniş əraziləri su basmasına səbəb olub. Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatının məlumatına görə, Pakistanda 1391 nəfər həlak olub, 12722 nəfər xəsarət alıb, 1,7 milyondan çox evə ziyan dəyib.

Xəbəri paylaş: