Azərbaycan nümayəndə heyəti Xəzər Media Forumunda

img

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun rəhbərliyi ilə  Azərbaycan nümayəndə heyəti Həştərxanda keçirilən Xəzər Media Forumunda iştirak edir.

 

Rezonans.az-ın məlumatına görə, Xəzər Media Forumunun açılış mərasimində çıxış edən Əhməd İsmayılov bildirib ki, Azərbaycan mediası müasir çağırışlara uyğunlaşmaq və daha çevik reaksiya vermək üçün islahatların yeni mərhələsinə qədəm qoyub.

 

O xatırladıb ki, bu il iyulun 22-də Azərbaycan media nümayəndələri Şuşada Beynəlxalq Media Forum keçirməklə peşə bayramlarını qeyd ediblər. Vurğulayıb ki, Şuşada keçirilən Beynəlxalq Media Forumda dünyanın 20-yə yaxın ölkəsindən xarici media nümayəndələri və ekspertlər, həmçinin beynəlxalq təşkilatların media sahəsində təmsilçiləri müasir media mühitinin aktual problemləri ətrafında fikir mübadiləsi aparıblar.

 

Əhməd İsmayılov deyib ki, media sahəsinin inkişafında xarici təşkilatlarla etibarlı əməkdaşlıq əlaqələrinin qurulması da mühüm rol oynayır. O, Xəzər Media Forumu çərçivəsində regional səviyyədə informasiya fəaliyyəti və əməkdaşlıq məsələsinin müzakirəsinin vacibliyini vurğulayıb. 

Xəbəri paylaş: