Mingəçevirdə sahibsiz itlər sakinlərə problem yaradır

img

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə  sentyabr növbəti səyyar görüşü  şəhərin Sağ sahilində yerləşən  M. Müşfiq küçəsində keçirilib. 


Rezonans.az xəbər verir ki, başçı  əvvəlcə qeyd etdi ki, bu görüşlər bir başa ölkə prezidentinin tapşırığı əsasənda keçirilir,məqsəd insanlarla yerlərdə görüşmək,onları narahat edən problemləri öyrənmək ,sakinlərə şəhərdə görülən işlərlə bağlı məlumatlar vermək və sakinləri narahat edən problemlərin həllinə dəstək verməkdir. Sakinlərimizn rahatlığının təmin olunması üçün hər cür şərait yaradılacaq deyə icra başçısı qeyd etmişdir. 

Sonra görüş iştirakçılarının ixtiyarına verilmiş sərbəst mikrafondan istifadə edərək sakinlər öz fikirlərini bölüşdülər.  Sakinlər növbə ilə onları narahat edən problemlərini dilə gətiriblər. Sakinlərin bir çoxu  yaşadıqları ərazidə sahibsiz itlərin çoxalmasından,tüstü bacalarının təmizlənməsi,blokların pəncərələrinin olmamasından,istilik sisteminin bərpasından,məhəllələrin işıqlanması kimi problemləri dilə gətirdilər.  

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı qaldırılan məsələləri qeydiyyata götürdükdən sonra qeyd etdi ,şəhərdə çox mühüm infrastruktur layihələr həyata keçirilir,kanalizasiya işləri görülür,elektirik və qazın verilməsində Mingəçevirdə problem yoxdur:”Əksər ərazilərdə bu işlər yekunlaşdırılıb. Ərazilərdə uzun illər asfaltlanmayan yollar asfaltlanır,eyni zamanda məhəllələrə işıqlanma sistemi qurulur,nümunəvi məhəllələrin yaradılmasına başlanılıb. Yaşayış  binalarında təmir işlərinə başlanılıb. Bu işlər şəhərin bütün ərazilərində aparılır. Bütün bunlar da ölkə başçısının tapşırığı əsasında həyata keçirilir”.

Sakinlərin qaldırdıqları məsələlərə diqqətlə yanaşan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qeyd etdi ki, bu günkü görüşdə iştirak edən İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri qaldırılan problemləri nəzarətə götürməklə mərhələ-mərhələ həllinə nail olmağa çalışacaqlar. Tam əminliklə bildirirəm ki, yaxın vaxtlarda bu problemlər öz həllini tapacaq. 



Esmira Hidayətova,Mingəçevir

Xəbəri paylaş: