Kremldən gələn təhdidlərdən qorxmamalıyıq - Mişel

img

Rusiyadan gələn təhdidlər Avropa ölkələrini qorxutmamalıdır.

 

Rezonans.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Almaniya kansleri Olaf Şoltsla görüşdə deyib.

 

Mişel Aİ-yə üzv ölkələrin Rusiyanın qalıq yanacaqlarından asılılığına son qoymaq üçün bir-biri ilə sıx əməkdaşlıq etdiklərini bildirib 

 

"Sakit olmalıyıq. Kremldən gələn təhdidlərin bizi qorxutmasına imkan verməməliyik", - o qeyd edib.

 

Mişel Rusiya qazına alternativlərin inkişaf etdirilməsi istiqamətində irəliləyiş əldə etdiklərini və qış aylarında baş verə biləcək enerji böhranı ilə bağlı narahatlıqları aradan qaldırmağa çalışdıqlarını bildirib.

Xəbəri paylaş: