Avropa 20-ci əsr iqtisadiyyatına qayıdır

img

Milliləşdirmə, subsidiyalar, nağd pul paylamaları, qiymət məhdudiyyətləri, gəlir vergiləri... Avropa 20-ci əsrin iqtisadiyyatına qayıdır.

 

Rezonans.az xəbər verir ki, bu barədə "New York Times" nəşri yazıb.

 

Məqalədə deyilir ki, hökumətlər siyasi, sosial və iqtisadi böhranın qarşısını almaq üçün regionu bürüyən enerji böhranına külli miqdarda vəsait ayıraraq köhnə üsullara əl atırlar.

 

Lakin Aİ liderlərinin bu gün elə də çox seçimi yoxdur. Rusiya Avropa İttifaqının əksər hissəsinə təbii qaz tədarükünü minimuma endirdiyi halda yanacağın və buna görə də elektrik enerjisinin qiyməti tarixi zirvələrə çatıb və artmaqda davam edir.

 

Buna cavab olaraq Aİ hökumətləri artıq istehlakçılar, sənaye və kommunal xidmətlərə 350 milyard dollardan çox subsidiya ayırıblar. 

Xəbəri paylaş: