Nihad Büyükbaş Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində olub

Nihad Büyükbaş Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində olub

Türkiyə səfirliyinin təhsil üzrə müşaviri Nihad Büyükbaş, turizm və sənaye sahəsini təmsil edən sahibkarlar, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Rezonans.az xəbər verir ki, qonaqlara Mərkəzin fəaliyyəti, infrastrukturu, həyata keçirilən layihələr barəsində təqdimat edillmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə, Türkiyə Təhsil Nazirliyi arasında peşə təhsilinin inkişafı istiqamətində imzalanan protokol çərçivəsində görülən işlər barəsində məlumatlar verilmiş, müzakirələr aparılmışdır.

Sahibkarlarla birgə əməkdaşlıq istiqamətində əlaqələrin qurulması müzakirə olunmuş, gələcək addımlar müəyyənləşdirilmişdir.

Xəbəri paylaş: