
ABŞ dövlət katibinin Qafqaz üzrə baş məsləhətçisi Filipp Riker İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması müzakirə edilib.
Rezonans.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Bildirilib ki, tərəflər regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Filipp Rikerin Ermənistana səfəri sentyabrın 10-da başa çatır. Onun Azərbaycana səfəri gözlənilir.