Avropa İttifaqı Azərbaycanın 5 erməninin təhvil verməsini alqışladı

img

Avropa İttifaqı avqustda Brüsseldə keçirilən görüşdən sonra Azərbaycanın saxlanılan 5 ermənini vasitəçisiz təhvil verməsini alqışlayır.

 

Rezonans.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin mətbuat katibi Peter Stano bildirib.

 

O qeyd edib: “Bu, cəmiyyətlər arasında ehtiyac duyulan etimadın yaradılması istiqamətində mühüm addımdır. Avropa İttifaqı Ermənistan ilə Azərbaycan arasında əlaqələrin normallaşması üçün fəal şəkildə işləməyə davam edir”.

Xəbəri paylaş: