Koronavirusla bağlı son vəziyyət - ÖLƏNLƏR VAR

img

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 274 yeni yoluxma faktı qeydə alınıb, 613 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Rezonans.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 817 596 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 805 170 nəfər müalicə olunaraq sağalıb, hazırda 2574 aktiv xəstə var. Bu günə qədər 9852 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3252, indiyədək ümumilikdə 7 191 050 test icra olunub.

Xəbəri paylaş: