İsveçdə türk məscidinə hücum etdilər

img

İsveçin Jönköpinq şəhərində Türkiyənin Dini İşlər İdarəsinə tabe olan məscidə daş atılıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

 

Məlumata görə, bu son 3 ayda məscidə edilən üçüncü hücumdur.

 

Bu barədə İsveçdəki Jönköping Məscidinin İdarə Heyətinin üzvü Mehmet Özer məlumat verib.

 

Mehmet Özer deyib ki, hadisə ilə bağlı polisə və aidiyyəti orqanlara məlumat verilib:

 

"Bu, son 3 ayda məscidimizə edilən üçüncü hücumdur. Şikayət edirik, amma indiyədək heç bir nəticə əldə etmədiyimiz üçün o qədər də ümidli deyilik''.

 

Hücum nəticəsində mətbəx pəncərəsinin qırıldığına diqqət çəkən Mehmet Özer irqçilərdən şübhələndiklərini qeyd edib.

Xəbəri paylaş: