Qubada avtomobil aşdı: ölənlər var

img

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Rezonans.az xəbər verir ki, hadisə rayonun Qrız Dəhnə kəndində qeydə alınıb.

 

1988-ci il təvəllüdlü Valid Beydullayevin idarə etdiyi "Niva" markalı avtomobil dərəyə aşıb. Qəza nəticəsində sürücü ilə bərabər sərnişin - 1970-ci il təvəllüdlü İlham Əhmədov da dünyasını dəyişib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir. (APA)

Xəbəri paylaş: