Türkiyəyə gizli yolla keçmək istəyənlər tutuldu

img

Qrup halında Gürcüstandan Türkiyəyə qanunsuz keçməyə cəhd edən, biri Gürcüstan, üçü isə xarici vətəndaş olmaqla 4 nəfər saxlanılıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Gürcüstanın sərhəd polisi məlumat verib.

 

Məlumata əsasən, 2000-ci il təvəllüdlü Gürcüstan vətəndaşı ağır cinayət törətdiyinə görə axtarışda olub.

 

İstintaq zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxslər sərhəd-keçid məntəqəsindən yan keçərək qanunsuz olaraq Gürcüstandan Türkiyə Respublikasına daxil olmağa cəhd ediblər.

 

Faktla bağlı istintaq başladılıb. Saxlanılan şəxsləri 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.

Xəbəri paylaş: