
İraq təhlükəsizlik qüvvələri İŞİD-in 11 terrorçusunu məhv edib.
Rezonans.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Silahlılar Ənbar və Diyala əyalətlərində antiterror əməliyyatı zamanı zərərsizləşdirilib.
Əməliyyatı ölkənin daxili işlər və müdafiə nazirlikləri birgə aviasiyanın dəstəyi ilə həyata keçirib.
2017-ci ildə İraq hökuməti İŞİD üzərində qələbəni elan etsə də, qruplaşma üzvləri Kərkük, Diyala, Mosul, Səlahəddin və Ənbar əyalətlərində kəndlərə hücumları davam etdirir.