51 yaşlı qadın bıçaqlandı

img

Sabirabadda qadın bıçaqlanıb.

 

Rezonans.az-ın xəbərinə görə, Sabirabad rayonunun Əsədli kənd sakini, 1971-ci il təvəllüdlü Əhmədova Leyli Əliqulu qızı bıçaqlanma diaqnozu ilə Şirvan xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb.

 

Yaxınlarının bildirdiyinə görə, qadın özü-özünə bıçaq xəsarəti yetirib.

 

Faktla bağlı araşdırma aparılır.

(APA)

Xəbəri paylaş: