
"Türkiyəyə sərmayə qoyan heç vaxt itirmir, əksinə, ikiqat qazanır".
Rezonans.az xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank deyib.
Nazir bildirib ki, bu gün Türkiyənin sənaye sektoru inkişaf baxımından liderdir:
"Yeni növ koronavirus epidemiyası və Rusiya-Ukrayna müharibəsi kimi səbəblərə görə, dünyada çətin günlər yaşanır. Amma Türkiyə yerli və milli istehsal yanaşması ilə bu şərtlərə ən yaxşı uyğunlaşa bilən ölkədir. Bütün bu qlobal amillərə görə, iqtisadi coğrafiyamız demək olar ki, yenidən formalaşdırılır və ölkəmiz yeni nizamın parlayan ulduzu kimi diqqət çəkir. Son iki ildə sənaye istehsalında və ixracda çox böyük artımlar bunun ən böyük sübutudur".
Nazirin fikrincə, Türkiyə rasional xarici siyasət sayəsində bu prosesi yaxşı idarə edir: "Türkiyə investorları cəlb edən ölkəyə çevrilib"