Putin və Makron telefonla danışdılar

img

Rusiya və Fransa prezidentləri arasında telefon danışığı olub.

 

Rezonans.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Telefon danışığı zamanı Vladimir Putin və Emmanuel Makron Ukrayna ətrafındakı vəziyyəti, Zaporojye AES-i və Qara dəniz limanları vasitəsilə taxıl tədarükü ilə bağlı məsələləri müzakirə ediblər.

 

Rusiya tərəfi Ukraynanın AES obyektlərinə, o cümlədən fəlakətli nəticələrlə dolu olan radioaktiv tullantıların anbarına müntəzəm "hücumlarına" diqqət çəkib.

 

Rusiya Prezidenti stansiyanın fiziki mühafizəsini təmin etmək üçün rusiyalı mütəxəssislər tərəfindən görülən tədbirlər barədə məlumat verib və stansiyanın atəşə tutulmasının dərhal dayandırılması üçün Kiyev hakimiyyətinə təsir göstərməyin zəruriliyini vurğulayıb.

 

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) iştirakı ilə Zaporojye AES ətrafındakı vəziyyətlə bağlı siyasiləşdirilməmiş əməkdaşlığa qarşılıqlı hazırlıq ifadə olunub.

Xəbəri paylaş: