Gürcüstana gələn rusların sayı 475% ARTIB

img

Bu ilin avqust ayında Gürcüstana 260 810 rusiyalı turist gəlib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi məlumat yayıb.

 

Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 475% artıb. Keçən ilin avqust ayında Gürcüstana cəmi 45 355 rus gəlib.

 

Ermənistan avqustda Gürcüstana gələn turistlərin sayına görə ikinci yerdədir, Gürcüstana bu ölkədən 178 483 vətəndaş səfər edib. Üçüncü yerdə 116 882 nəfərlə Türkiyədir.

 

Xəbəri paylaş: