Ticarət mərkəzində silahlı qarşıdurma: 5 yaralı

img

İstanbulun Sarıyer qəsəbəsindəki ticarət mərkəzinin kafesində iki qrup arasında mübahisə silahlı davaya çevrilib.

Rezonans.az xəbər verir ki, qarşıdurmada 5 nəfər yaralanarkən, həmin anlar təhlükəsizlik kamerasına da əks olunub. Digər tərəfdən, hadisə zamanı çaxnaşmanı mobil telefonları ilə lentə alan vətəndaşlar bu görüntüləri sosial şəbəkədə paylaşıblar.

Saat 20.00 radələrində Sarıyer rayonu Ayazağa Məhəlləsindəki ticarət mərkəzində yerləşən kafedə baş verən hadisədə kafedə oturan iki qrup arasında naməlum səbəbdən mübahisə düşüb. Mübahisə atışmaya çevrilib. Silahlı qarşıdurmada 5 nəfər yaralanıb. Hadisə yerinə polis və tibb işçiləri göndərilib. Xəsarət alanlar xəstəxanaya çatdırılıb, həkimlər orada ilkin tibbi yardım göstəriblər.

Xəbəri paylaş: