NASA-dan xəbərdarlıq - Yerə 100 metrlik asteroid yaxınlaşır

img

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) sentyabrın 12-də Yerin yanından uçacaq asteroidlə bağlı xəbərdarlıq edib.

 

Rezonans.az xəbər verir ki, bu barədə NASA-nın mətbuat xidməti məlumat yayıb.

 

Asteroid ilk dəfə 2008-ci il sentyabrın 8-də kəşf edilib.

 

Kosmik qayanın diametri demək olar ki, 94 metrdir və o, sentyabrın 12-də 6,7 milyon kilometr məsafədə Yerə mümkün qədər yaxınlaşacaq.

 

Asteroidin sürəti saatda təxminən 36.720 km-dir.

 

Uzunluğu 150 metrdən çox olmadığı üçün asteroid potensial təhlükəli kateqoriyasına aid edilməyib.

Xəbəri paylaş: