İstanbul atışma - 4 azərbaycanlı yaralandı

img

Türkiyənin İstanbul şəhərində silahlı insident baş verib.

 

Rezonans.az xəbər verir ki, hadisə Sarıyer rayonunda yerləşən ticarət mərkəzinin kafesində qeydə alınıb.

 

Atışma nəticəsində azı 6 nəfər yaralanıb.

 

Məlumata görə, kafedə iki qrup arasında mübahisə yaranıb. Tərəflər arasında söz dueli atışma ilə nəticələnib.

 

Silahlı insident zamanı 4-ü Azərbaycan, 1-i İran vətəndaşı olmaqla 6 nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Xəbəri paylaş: