Neft ucuzlaşır

img

Dünya birjalarında neft qiymtəri yenidən azalıb.

 

Rezonans.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin noyabr müqaviləsinin dəyəri 1,49 azalaraq 1 barelə görə 91,46 dollar təşkil edib.

 

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,68% azalaraq 85,33 dollar təşkil edib.

Xəbəri paylaş: