"Azəriqaz" sahibkarlarla növbəti görüşü Salyanda keçiriləcək

img

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü Salyan rayonunda təşkil olunacaq.

Rezonans.az xəbər verir ki, aksiya Salyan rayonu, Təzəkənd ərazisində QPS-in qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” sentyabrın 14-də saat   11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Xəbəri paylaş: