“Orqanik istehsal haqqında” yeni qanun layihəsi hazırlanıb.
Bu barədə Rezonans.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məlumat verib.
T.Rzayev qeyd edib ki, yeni layihə rəhbəri olduğu komitə tərəfindən hazırlanıb. Sentyabrın 16-da Aqrar siyasət komitəsində qanun layihəsi ilk dəfə müzakirəyə çıxarılacaq.