Kişi ehtiyatsızlıqdan özünü GÜLLƏLƏDİ

img

Qəbələdə kişi ehtiyatsızlıqdan özünü güllələyib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Rezonans.az-a verilən xəbərə görə, Qəbələ Rayon Polis Şöbəsinə sentyabrın 10-da saat 21 radələrində Mıxlıqovaq kənd sakini V.Rüstəmovun evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət alması barədə məlumat daxil olub.

 

Xəstəxanaya yerləşdirilən V.Rüstəmovun 2 ayaq barmağı amputasiya olunub. Polis əməkdaşları tərəfindən ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.

Xəbəri paylaş: