Çin lideri Qazaxıstana gəlir

img

Çin Xalq Respublikasının sədri Si Cinpin sentyabrın 14-də Qazaxıstanın paytaxtı Nur-Sultana gələcək.

Rezonans.az
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti Telegram kanalında məlumat yayıb.
 

“Sentyabrın 14-də Prezident Kasım-Jomart Tokayevin dəvəti ilə Çin Xalq Respublikasının sədri Si Cinpin Qazaxıstanın paytaxtına dövlət səfəri edəcək”, - məlumatda deyilir.
 

Qeyd olunur ki, dövlət başçıları Qazaxıstan-Çin strateji tərəfdaşlığının möhkəmləndirilməsi perspektivlərini müzakirə edəcəklər. Danışıqlar nəticəsində bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.


Fevralın əvvəlində Kasım-Jomart Tokayev Si Cinpinin dəvəti ilə Pekinə səfər edib və burada Olimpiadanın açılış mərasimində iştirak edib. Dövlət başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini də müzakirə ediblər.

Xəbəri paylaş: