Dövlət İmtahan Mərkəzi ötən gün, sentaybrın 11-də kağız daşıyıcılar vasitəsilə BB vəzifə altqrupu üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirdiyi imtahanın nəticəsi açıqlanıb.
Mərkəzdən Rezonans.az-a verilən məlumata görə, namizədlər aşağıdakı keçid vasitəsilə imtahan nəticələri ilə tanış ola bilərlər:
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB vəzifə altqrupu)
Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında 209 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 31 nəfər, BB2 altqrupu üzrə 61 nəfər, BB3 altqrupu üzrə 46 nəfər, BB4 altqrupu üzrə 36 nəfər olmaqla, ümumilikdə 174 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 13-15 sentyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.