Bu il daha 263 milyon insan yoxsulluqla üzləşə bilər

Bu il daha 263 milyon insan yoxsulluqla üzləşə bilər

Ukraynada müharibə nəticəsində artan bərabərsizlik, ərzaq və enerji qiymətlərindəki inflyasiya və COVİD-19-un yaratdığı iqtisadi böhranlar yoxsul insanlar üçün fəlakət ola bilər.

Rezonans.az xəbər verir ki, bu barədə “Oksfam” (Oxfam) yoxsulluqla mübarizə təşkilatı məlumat yayıb.

Böhranların birgə təsiri nəticəsində bu il dünyada ifrat yoxsulların sayının daha 263 milyon arta biləcəyi vurğulanaraq, ümumilikdə 860 milyon insanın gündəlik 1,90 dollarlıq qazanc həddindən aşağı gəliri olacağı qeyd edilib.

Hesabatda hazırda 3,3 milyard insanın gündəlik 5,50 dollarlıq yoxsulluq həddinin altında yaşadığı bildirilib.

Xəbəri paylaş: