Sabah Sumqayıtda qaz kəsiləcək

img

13 sentyabr 2022-ci il saat 09:30-dan etibarən “Şəhər qazı-4 (Sumqayıt)” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərində təmir işləri aparılacaq.

 

Bu barədə "Azəriqaz" İB-dən Rezonans.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, işlər başa çatanadək qeyd olunan ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. 


Təmir işləri aparılan müddətdə Sumqayıt şəhərinin böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbəri paylaş: