Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən maarifləndirici tədbir keçirilib

img

Ombudsmanın  Cənub Regional Mərkəzi Masallı Rayon Gənclər və İdman İdarəsi və Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsi ilə birgə “Məişət zorakılığının qarşısının alınması və onunla effektiv mübarizədə aidiyyəti qurumların rolu” mövzusunda maarifləndirici tədbir  keçirib. Tədbirdə rayonun fəal gəncləri iştirak ediblər.

 

Rezonans.az xəbər verir ki, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov tədbirdə çıxış edərək, bu sahədə əsas prinsiplər, məişət zorakılığının qarşısının alınması sahəsində tədbirlərin növləri, məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması qaydası barədə danışıb. O, iştirakçılara “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” və Ombudsmanın məişət zorakılığına qarşı mübarizə istiqamətində fəaliyyəti ilə bağlı məlumat verib.

 

Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. 

Xəbəri paylaş: