Bələdiyyələrin siyahısına dəyişiklik edilir

Bələdiyyələrin siyahısına dəyişiklik edilir

Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçiriləcək. 

 

Rezonans.az xəbər verir ki, komitənin 20 sentyabr tarixinə təyin olunan iclasının gündəliyi müəyyənləşib.

 

Gündəliyə aşağıdakı məsələlər daxildir:

 

1.Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Regional məsələlər komitəsində görülən işlər barədə Hesabat.

 

2.Milli Məclisin Regional  məsələlər komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planının layihəsi.

 

3. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi.

Xəbəri paylaş: