AYİB Prezidenti Neft Fondu ilə görüşdü

img

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) rəhbərliyi Azərbaycana səfəri çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Prezidenti xanım Odile Renaud-Basson və geniş tərkibli nümayəndə heyəti ilə görüş keçirib.

 

Bu barədə Rezonans.az-a ARDNF-dən məlumat verilib.

 

Məlumata görtə, işgüzar görüş çərçivəsində Fondun gerçəkləşdirdiyi investisiya siyasəti və investisiya portfelinin başlıca istiqamətləri, ölkədə makro-iqtisadi sabitliyin təmin olunmasında Fondun rolu barədə AYİB-in nümayəndə heyətinə geniş məlumat verilib.

 

ARDNF-nin İcraçı Direktoru İsrafil Məmmədov öz çıxışında Azərbaycan Respublikasının 2022-2026-cı illəri əhatə edən Sosial-iqtisadi İnkişaf Strategiyasının əsas hədəflərindən bəhs edərkən, ölkədə fəaliyyət göstərən beynəlxalq maliyyə təşkilatları ilə bu istiqamətdə davamlı əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

 

O, AYİB-in ölkə iqtisadiyyatının diversifikasiyası yolunda maliyyələşdirdiyi orta və uzun müddətli layihələri yüksək qiymətləndirib.

 

Görüş zamanı xanım Odile Renaud-Basson təmsil etdiyi təşkilatın Azərbaycandakı gələcək fəaliyyət planları və qurumlar arasında potensial əməkdaşlıq istiqamətləri barədə fikirlərini səsləndirib.

Xəbəri paylaş: