Suriyada 3 nəfər vəbadan ölüb

img

Suriyada vəba xəstəliyinə yoluxan 3 nəfər vəfat edib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

 

 

Xəstəliyə yoluxanlar ölkənin şimalında müşahidə edilib.

 

Şiddətli ishal və qusma ilə özünü göstərən vəba Hələbdə ən az 15 nəfərdə aşkar edilib.

 

İnsanların nazik bağırsaqlarında “Vibrio” bakteriyasının parazitləşməsi nəticəsində yaranan vəba daha çox içməli su və çirklənmiş su ilə yuyulan qidalar vasitəsilə yoluxur.

Xəbəri paylaş: