Bu marşrut xətləri üzrə avtobuslar gecikir

img

Vahid Dispetçer Xidmətinin bu gün günorta saatlarına olan məlumatına əsasən paytaxtın Heydər Əliyev prospektində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 5 müntəzəm marşrut xətti üzrə 15 avtobusun hərəkət intervalında gecikmələr var.

 

Rezonans.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agdentliyi (BNA) məlumat yayıb.

 

Bildirilir ki, Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.

Xəbəri paylaş: