Erməni təxribatı Türkiyə ilə münasibətlərə də zərbə vuracaq

img

Ermənistan savaşı qazana bilməyəcəyini anlayır. Məqsəd bu cür təxribatlar törətməklə sülhə zərbə vurmaqdır.

 

Rezonans.az xəbər verir ki, bunu İstanbul Aydın Universitetinin müəllimi, türkiyəli siyasi şərhçi Alihan Limonçuoğlu Ermənistan ordusunun Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatlarını şərh edərkən deyib.

 

“Ermənistanın təxribatı Türkiyə ilə münasibətlərin normallaşmasına da zərbə vuracaq”, - deyə türkiyəli ekspert bildirib.

 

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Xəbəri paylaş: