
Ermənistanın Baş naziri Nikol Paşinyan gecə saatlarında sərhəddə baş vermiş toqquşmalar nəticəsində ölən hərbçilərin sayını açıqlayıb.
Rezonans.az xəbər verir ki, Paşinyan bu barədə parlamentdə çıxışı zamanı bildirib.
Baş nazirin sözlərinə görə, Ermənistanın itkilərinin sayı azı 49 nəfərdir. İtkilərin artacağı istisna edilmir.
Paşinyan, həmçinin sərhəddə vəziyyətin nisbətən sabitləşdiyini vurğulayıb.
Xatırladaq ki, sentyabrın 13-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif hissələrində atəşkəsi davamlı olaraq pozub.