
Sentyabr ayının 13-dən 14-nə keçən gecədən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospektinin Koroğlu Rəhimov və Aşıq Molla Cümə küçələri arasında yerləşən hissəsində təmir işlərinə başlanılır.
Bu barədə Rezonans.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumatda bildirilib.
Qeyd olunub ki, təmir işləri yalnız gecə saatlarında icra olunacaq:
"Təmir işlərinin həftəsonuna qədər (18 sentyabr) yekunlaşdırılması nəzərdə tutulur. Qeyd olunan müddət ərzində ərazidə tam deyil, qismən məhdudlaşma tətbiq olunacaq.
Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur".