Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin edildi

img

Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olunub.

 

Rezonans.az xəbər verir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmrilə bu vəzifəyə Hikmət Nağıyev təyin edilib.

 

Qeyd edək ki, H. Nağıyev 2001-ci ildən bugünədək Mərkəzi Neftçilər Xəstəxanasında ürək-damar cərrahı kimi işləyib. Son 6 ildə xəstəxananın ürək-damar xəstəlikləri şöbəsinin müdiri vəzifəsini icra edib, tibb elmləri üzrə fəlsəfə doktorudur.

Xəbəri paylaş: