ABŞ-ın Qafqaz üzrə yeni baş məsləhətçisi Azərbaycana gəlib

img

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə yeni baş məsləhətçisi Filip Riker Azərbaycana gəlib.


Rezonans.az xəbər verir ki, bu barədə ABŞ səfirliyi məlumat yayıb.


"ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Filip Riker sentyabrın 13-14-də Azərbaycanda səfərdə olacaq. Səfir Riker ABŞ-ın davamlı sülhün əldə edilməsinə yönələn Azərbaycan-Ermənistan diplomatik səylərinə dəstəyini müzakirə edəcək", - məlumatda deyilir.

Xəbəri paylaş: