Hindistan Bakı və İrəvanı danışıqlara ÇAĞIRDI

img

Hindistan İrəvan və Bakını danışıqlar aparmağa çağırıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Arindam Bağçi bildirib.

 

O,  sərhəddəki vəziyyəti diplomatik yolla həll etməyə çağırıb və münaqişənin hərbi yolla həll edilə bilməyəcəyini vurğulayıb.

 

Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Xəbəri paylaş: