Qırğızıstan prezidenti sərhəddəki gərginlikdən narahatdır

img

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan və Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır.

 

Rezonans.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Japarov, həmçinin situasiyanın müstəsna olaraq siyasi və diplomatik yollarla həllinin vacibliyini vurğulayıb və tərəflərin gələcəkdə güc tətbiq etməkdən çəkinəcəklərinə ümid etdiyini bildirib.

 

Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Xəbəri paylaş: