
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Xəyal Elxan oğlu Süleymanovun nəşi ailəsinə təhvil verilib.
Rezonans.az xəbər verir ki, Şəmkir rayon Şeyidlər kənd sakini, 1996-cı il təvəllüdlü X.Süleymanovun nəşi doğulduğu kəndə aparılıb.
X.Süleymanov müddətdən artıq həqiqi hərbi xidmətdə olub.
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.